29 Dekabr 2015 08:35
507

İran çempionatında 16-cı tura start verilib.

Təbrizin "Traktorsazi" klubu səfərdə "Neft Tehran"la qarşılaşıb. Keçən mövsümün sonuncu turunda məhz Tehran klubuyla oyunda xal itirərək (3:3) çempionluğu əldən verən "qırmızı qurdlar", bu dəfə qalib gəlib - 1:0.

Bu oyundan sonra hesabındakı xalların sayını 25-ə çatdıran "Traktorsazi" 7-ci pillədə qərarlaşıb.

İran çempionatı, 16-cı tur

28 dekabr

Neft Tehran - Traktorsazi 0:1

Qol: Saed Ağaeyi, 45.


Müəllif: