6 İyun 2014 18:12
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Meetic” kompaniyası İspaniyada qadınlar arasında maraqlı sorğu keçirib.

Publika.az xəbər verir ki, kompaniyanın əməkdaşları zərif cinsin nümayəndələrinə “hansı futbolçuya ərə getmək istərdiz” sualını veriblər.

Rəyi soruşulanların 53 faizi “Real”ın qapıçısı İker Kasilyasın adını çəkib. İkinci pillədə Xabi Alonso qərarlaşıb. “Barselona”nın futbolçusu Pike ispan qadınların arzuladığı futbolçuların sırasında 3-cü olub.

Xanımlar “qısamüddətli əlaqə üçün kimi seçərdiz” sualına cavab verərəkən ən çox Ronaldonun adını çəkiblər. İkinci yerdə Lionel Messi, 3-cü pillədə isə Radamel Falkao qərarlaşıb.


Müəllif: