“Şaxtyor”un baş məşqçisi Mirça Luçesku Türkiyənin “Trabzonspor” klubu ilə danışıqlar apardığını rəsmən təsdiqləyib.
Rumıniyalı mütəxəssis deyib ki, mövsümün sonunda Donetsk klubundan ayrılmaq fikrindədir.
“Əgər türklərlə razılığa gəlsək, o zaman “Trabzonspor”da 2 il baş məşqçi, daha sonra isə idman direktoru kimi çalışacağam. Bundan sonra oğlum Razvan Luçesku baş məşqçiliyə gətirilə bilər. “Trabzonspor”a şərtlərimi irəli sürmüşəm”.
Qeyd edək ki, Mirça Luçeskunun “Şaxtyor”la müqaviləsi 2015-16 mövsümünün sonu başa çatır.