31 Dekabr 2015 01:35
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya özünü futbolçu Məsut Özilin ögey bacısı olduğunu iddia edən bir nəfər ortaya çıxıb.

25 yaşlı Denise K. Adlı qadın M.Özilin atası Mustafa Özilin onun atası olduğunu bildirib və bunu sübuta yetirmək üçün məhkəməyə müraciət edib.

Qəzetə müsahibəsində beş yaşlı uşaq anası olan Denise K. deyib: “Məsutun və ailənin digər üzvlərinin məndən xəbəri var. Onlar hamısı mənə qarşı soyuqluq ediblər. Atam Gülizar Özillə evli olanda mənim anamla da münasibətdə olub. 11 yaşım olanda anam dünyasını dəyişdi. Atam həmişə məni öz ətrafına tanışının qızı kimi qələmə verirdi. Bu isə mənə çox toxunurdu”.

Qeyd edək ki, Denise K.nin Məsutun atasına qarşı məhkəmə iddiasına 2016-ci ildə baxılacaq.


Müəllif:

Oxşar xəbərlər