30 Dekabr 2015 20:13
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA İntizam Komitəsinin 22 dekabr 2015-ci il tarixli iclasında Topaz Premyer Liqasının XVIII turunun “Kəpəz” – “Neftçi” matçı haqqında çıxardığı qərara yenidən baxılması üçün "Kəpəz" klubu Apellyasiya və Ekspert Komitəsinə mürəciət edib.

Teleqraf.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Apellyasiya və Ekspert Komitəsi müraciəti araşdırdıqdan sonra məsələyə yenidən baxılması üçün İntizam Komitəsinə göndərib.

İntizam Komitəsi məsələyə yenidən baxıb və müvafiq qərar qəbul edib. Qərarda qeyd edilir ki, oyun gərgin mübarizə şəraitində keçdiyi və bu gərginlik oyun bitdikdən sonra hər iki klubun azarkeşlərinin davranışlarına sirayət etdiyi üçün azarkeşlər arasında qısamüddətli insident baş verib. Lakin polisin operativ müdaxiləsi nəticəsində baş vermiş hadisə tez aradan qaldırılıb. Yuxarıda göstərilənlər və başa çatmış iki dövrənin yekununda "Kəpəz" klubunun ev oyunlarında oxşar hadisələrin yaşanmaması, təhlükəsizliyin yüksək səviyyədə təmin olunması nəzərə alınaraq, İntizam Komitəsinin ötən iclasında "Kəpəz" klubuna verilmiş cərimə ləğv olunub.

Qeyd edək ki, “Kəpəz”in bir qrup azarkeşi tərəfindən “Neftçi” fanatlarına daş atıldığı üçün Gəncə təmsilçisi ictimai asayişi və təhlükəsizliyi tam təmin etmədiyinə görə 5000 manat cərimə olunmuşdu.


Müəllif:

Oxşar xəbərlər