1 Yanvar 2016 19:27
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyanın Avropa qitəsində çıxış edən ən yaxşı oyunçuları müəyyənləşib.

“Samba d’Or” mükafatına dalbadal ikinci dəfə “Barselona”nın oyunçusu Neymar layiq görülüb. Mükafatın rəsmi saytı bildirib ki, sorğuda 100 mindən çox azarkeş, eləcə də jurnalistlər, Braziliya millisinin sabiq oyunları iştirak edib.

Neymar səslərin 37.87 faizini toplayıb. İkinci yeri Duqlas Kosta (“Bavariya”, 13 faiz), üçüncü yeri Felipe Melo (“Qalatasaray”/ “İnter”, 9.39 faiz) tutub./Qol.Az


Müəllif: