1 Yanvar 2016 20:41
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Arsenal”ın qapıçısı Petr Çex Çempionlar Liqasının 1/8 finalında “Barselona” ilə qarşılaşacaqları oyun haqqında danışıb.

Çexiyalı əlcək sahibi yenidən Lionel Messi ilə üz-üzə gələcəyindən məmnun olduğunu deyib.

“Bu, əladır. Çox az insan düşünə bilərdi ki, Messiyə qarşı oynadığım 8 matçın heç birində qol buraxmayacam. Onu yenə dayandırmaq istəyirəm. Əgər Messi qol vursa və “Arsenal” növbəti mərhələyə adlasa, qətiyyən məyus olmayacam. İnanmalıyıq ki, mərhələni keçmək şansımız var”./Qol.Az


Müəllif: