2 Yanvar 2016 12:42
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə millisinin futbolçusu Arda Turanın bu gün “Barselona”da gözlənilən rəsmi debütü baş tutmayacaq.

Qol.Az-ın xəbərinə görə, onun komandası La Liqanın 18-ci turunda “Espanyol”u qəbul edəcək. Ardanın bu matçda meydana çıxacağı gözlənilirdi. Goal.com saytı yazır ki, həm Arda, həm də digər yeni transfer Vidalın rəsmi sənədləşdirmə işləri İspaniya Futbol Federasiyasının yanvarın 1-də bayrama görə işləməməsi səbəbindən həyata keçirilməyib.

Ardanın “Barsa”da birinci rəsmi oyuna yanvarın 6-da elə həmin “Espanyol”la kubok matçında meydana çıxacağı gözlənilir.

“Barselona”nın baş məşqçisi Luis Enrike dünən jurnalistlərə bildirib ki, tezliklə onlar Arda və Vidalın debütünü görəcəklər: “O zaman biz biləcəyik ki, bu iki futbolçu komandamıza necə uyğunlaşıb”.

Qeyd edək ki, ötən yay “Atletiko”dan “Barselona”ya keçən Arda FİFA tərəfindən Kataloniya klubuna tədbiq edilən transfer cəzası səbəbindən yeni komandasında bir rəsmi oyunda belə iştirak edə bilməyib. “Barselona”ya tədbiq edilən cəzanın müddəti 2016-cı ilin yanvarın 1-də başa çatıb.


Müəllif: