2 Yanvar 2016 14:59
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Real”ın futbolçusu Xames Rodriges avtoxuliqanlıq edib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, yol polisinin maşını saxlamaqla bağlı tələbinə əməl etməyən kolumbiyalı oyunçu sürətlə klubun bazası istiqamətinə yön alıb. O, saatda 200 km. sürətlə polisin gözündən yayınmağa cəhd edib.

Polis futbolçunu yalnız “Real”ın bazasının yaxınlığında saxlaya bilib. Rodrigesin cərimələnəcəyi və və müəyyən müddət sürücülük hüququndan məhrum olacağı gözlənilir.

Qeyd edək ki, ötən ilin martında “Real”ın başqa bir oyunçusu Kərim Benzema yol hərəkəti qaydasını kobudcasına pozduğu üçün onun 8 ay müddətinə maşın sürməsinə qadağa qoyulub.


Müəllif: