Yay aylarında "Qarabağ"dan ayrılan Muarem Muaremin "Malatyaspor"a keçidi baş tutmayıb.
Bu barədə "Malatyaspor"un direktoru Ali Ravcı bildirib.
O bildirib ki, razılıq əldə olunan futbolçular təlim-məşq toplanışında komandaya qoşulacaqlar: "Muaem Muaremlə anlaşmamışıq, o, bu siyahıda yer almayıb. Buna səbəb makedoniyalı yarımmüdafiəçinin Azərbaycan klublarından təklif almasıdır".
Qeyd edək ki, Muarem Muarem "Qarabağ"dan ayrıldıqdan sonra Türkiyənin "Əskişəhərspor" klubunda çıxış edib. Lakin əsas heyətdə yer almaması səbəbindən futbolçu noyabrda komandayla yollarını ayırıb.