2 Yanvar 2016 20:28
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə yarışacaq Azərbaycan millisinin düşərgəsinə daha bir futbolçu qoşulub.

Futbolxeber.az-ın Sankt-Peterburqa Ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Almaniyanın "Red Bull Leypsiq" klubunun aşağı yaş qrupunda çıxış edən Murad Mahmudov da artıq yığmamızın düşərgəsindədir. 2000-ci il təvəllüdlü futbolçu Sankt-Peterburqa Sürixdən gəlib. Bununla da millimizin düşərgəsindəki futbolçuların sayı 19-a çatıb.

Qeyd edək ki, sabah yığmamızın düşərgəsinə daha bir futbolçu qoşulacaq.


Müəllif: