3 Yanvar 2016 15:52
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentinada keçirilən “Dakar” ralli-marafonunda baş vermiş qəza nəticəsində xəsarət alanların sayı 10 nəfərə çatıb.

Trend xarici mətbuata istinadən məlumat verir ki, ata və 14 yaşlı oğlu daha ağır xəsarət alıblar. Onları vertolyotla Buenos-Ayresdəki xəstəxanalardan birinə aparıblar. Xəsarət alan hamilə qadının vəziyyəti isə orta qiymətləndirilir.

Xatırladaq ki, yanvarın 2-də marafonun ilk günündə çinli yarışçı Qo Meylin dönmə əməliyyatını düzgün yerinə yetirə bilmədiyindən onun avtomobili aşıb və çəpərlərə çırpılıb. Bundan əvvəl 8 nəfərin xəsarət aldığı bildirilirdi.

Qeyd edək ki, builki “Dakar” rallisi Argentina və Boliviyada keçirilir.


Müəllif: