4 Yanvar 2016 17:35
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncənin “Kəpəz” klubu futbol üzrə Topaz Premyer Liqasının ikinci hissəsinə hazırlığı ölkə daxilində keçirəcək. Klubunun hazırlıq planı iki hissədən ibarətdir.

AZƏRTAC xəbər verir ki, "Kəpəz" əvvəlcə Yevlaxda məşq edəcək. Komanda yanvarın 10-da Yevlaxda toplanacaq və burada bir həftə müddətində fiziki hazırlıq keçəcək. Daha sonra “Kəpəz” Bakıya yollanacaq. Komanda yanvarın 20-dən 28-dək paytaxtda taktiki və texniki hazırlıq üzərində işləyəcək.

Hazırlıq planına əsasən, Gəncə təmsilçisi üç yoxlama oyunu keçirəcək. Bu görüşlərdən biri Yevlaxda, ikisi isə Bakıda olacaq. Komandanın yoxlama matçlarındakı rəqibləri hələ müəyyənləşməyib.


Müəllif: