4 Yanvar 2016 20:50
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (İFFHS) versiyası üzrə ötən ilin ən yaxşı pleymeykeri müəyyənləşib.

Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, qurumun dünya ölkələrində olan nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə əsasən, siyahının ilk pilləsində "Barselona"nın hücumçusu Lionel Messi qarşılaşıb. O, 168 xal toplayıb. Argentinalı oyunçunun komanda yoldaşı Andres İnyesta ikinci (91 xal), "Yuventus"un sabiq futbolçusu və hazırda "Nyu-York Siti"də çıxış edən Adrea Pirlo (54 xal) üçüncü olub.

2015-ci ilin ən yaxşı 10 pleymeykerinin siyahısı belədir:

1. Lionel Messi ("Barselona") - 165 xal
2. Andres İnyesta - 91
3. Andrea Pirlo ("Yuventus"/"Nyu-York Siti") - 54
4-5. Eden Hazard ("Çelsi"), Kevin de Bruyne ("Volfsburq"/"Mançester Siti") - 22
6. Yaya Ture ("Mançester Siti") - 13
7-8. Toni Kroos, Luka Modriç (hər ikisi "Real") - 11
9-10. Xames Rodriqes ("Real"), Xavyer Pastore (PSJ) - 10


Müəllif: