5 Yanvar 2016 01:37
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərvəti 1 milyard avro olan və lüks içində bir həyat sürən Kriştiano Ronaldo özünü bədbəxt sayır.

ANS PRESS-in məlumatına görə, məşhur futbolçu həyatından razı deyil. Pulunu ürəyincə xərcləyə bilmədiyini vurğulayan Ronaldo, sahib olduqlarının mənasız olduğunu deyir: "Sahib olduğum heç nəyin mənası yoxdur, çünki mənim üçün əsas ailədir, mənsə, ailəmə vaxt ayıra bilmirəm. Təqaüdə çıxanda futboldan tamamilə uzaqlaşacam".

Futbolçu həyatı haqqında danışaraq, vurğulayıb: "Varlıyam, yaraşıqlıyam, çox yaxşı futbolçuyam. Elə bu səbəbdən də məni sevənlər çox olduğu qədər, mənə nifrət edənlər də az deyil".

Real Madrid ulduzu 2015-ci ildə 148 milyonluq sərvətini 62 milyon daha artıraraq, 210 milyon avroya çatdırıb. 30 yaşlı futbolçunun vergi və bank hesablarını da toplasaq, 1 milyard avroluq sərvətinin olduğunu demək olar.


Müəllif: