5 Yanvar 2016 09:25
503

"Beniteslə yolları ayırmaq mənim üçün çətin qərar oldu. Ona komandadakı xidmətlərinə görə təşəkkür edirəm. Yeni baş məşqçimiz futbol dünyasının ən önəmli fiqurlarından biri olan Zidandır".

Bu sözləri "Real"ın prezidenti Florentina Perez deyib.

"Real"ın yeni baş məşqçisi təyin olunan Zidan haqda xoş sözlər söyləyən Perez onun uğur qazanacağına inandığını bildirib: "Zidan komandanın bir parçası olmanın nə demək olduğunu yaxşı bilir. Karyerası ərzində bir sıra çətinliklərin öhdəsindən gəlib. Ona dəstəyimiz və inamımız tamdır".

Madrid klubunun baş məşqçi vəzifəsinə təyinatına münasibət bildirən Zidan isə bunları bildirib: "Mənim üçün çox önəmli bir gündür. Bu klub üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Oyunçu olaraq bu kluba ayaq basdığım ilk gündən "Real"ın böyük komanda olduğunu bilirəm. Dünyanın ən yaxşı azarkeşi və komandasına sahibik. Qələbələr qazanmaq üçün ürəyimi qoyacam". /Qol.Az/


Müəllif: