6 Yanvar 2016 14:18
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki vaxtilə oynadığı Madrid "Real"ındakı baş məşqçi dəyişikliyinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, təcrübəli mütəxəssis Zinəddin Zidanın Rafael Benitesin yerinə keçməsini belə şərh edib:

"Benites ilk gündən "Real"ın azarkeşləri tərəfindən qəbul edilmədi. Buna görə də, o, "Santyaqo Bernabeu"da özünü qonaq kimi hiss edirdi. Bir neçə həftə idi ki, Benitesin üzərində güclü təzyiq hökm sürürdü. "Valensiya" ilə 2:2 bərabərlik isə artıq rəhbərliyi dəyişikliklərə əl atmağa vadar etdi.

Belədə ilk ağıla gələn baş məşqçi dəyişikliyi olur. Zidanın təyinatı doğru qərar idi. Artıq "Real"a klubun əfsanəsi başçılıq edəcək. Zidan öz dövrünün ən güclü futbolçularından olub.

Onun məşqçi kimi də uğur qazanacağına inanıram. La Liqada çempionluq uğrunda əsas favorit yenə də "Barselona"dı. Ancaq Zidan da nəsə etməyə çalışacaq. Onun üçün "Real"da işləmək çətin olmayacaq. Çünki daha öncə "Real"ın əvəzedici komandasını çalışdırıb. O, əsl döyüşçüdü. Futbolçu kimi "Real"da bir sıra uğur qazanıb. Benitesdən fərqli olaraq onun komanda üzvləri və azarkeşlərlə problem yaşayacağını düşünmürəm".

Prosineçki 1991-1994-cü illərdə "Real"da çıxış edib.

Rüstəm


Müəllif: