7 Yanvar 2016 17:44
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neftçi" futbol klubu yaxın günlərdə məşhur beynəlxalq audit şirkəti ilə müqavilə bağlayacaq.

Teleqraf.com xəbər verir ki, məqsəd klubun büdcəsinin şəffaflığına nəzarətdən ibarətdir.

Şirkət avqustda 01.07.2015 - 01.07.2016 maliyyə ili üçün ictimaiyyətə hesabat təqdim edəcək. Hesabat büdcə və rəydən ibarət olacaq. Bununla da "Neftçi" beynəlxalq auditdən keçmiş ilk klub olacaq. Klubdan auditi aparacaq şirkətin adı açıqlanmayıb. Bununla belə, həmin qurumun dünya futbolunda çalışan 2 şirkətdən biri olduğu vurğulanıb.


Qeyd edək ki, hazırda futbol sahəsində Deloitte və PwC şirkətləri audit aparır. Deloitte hər il futbol klublarının şəffaflığı haqqında hesabat hazırlayır. PwC isə UEFA-da futbol üzrə məsləhətçidir. (Report)


Müəllif: