8 Yanvar 2016 08:16
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Formula 1-in tarixi komandalarından olan və son 2 mövsümü 3-cü yerdə bitirən "Uilyams" komandası Finlandiyanın məşhur şirkətlərindən olan "Wihuri" ilə yenidən müqavilə bağlayıb.

Komandanın finlandiyalı pilotu Valtteri Bottasın gətirdiyi sponsorlardan olan "Wihuri" ilə müqavilənin müddəti 2015-ci ilin sonunda bitmişdi.

Yeni müqaviləyə əsasən, şirkərin loqotipi pilotların dəbilqəsində və geyimində, eyni zamanda FW38 adlandırılacaq 2016-cı ilin bolidinin ön qanadında əks olunacaq.


Müəllif: