8 Yanvar 2016 09:40
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Liverpul"un yarımmüdafiəçisi Cordan Ayb zədə səbəbilə İngiltərə Federasiya Kubokunda "Ekseter Siti"yə qarşı oyunu buraxacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə "Liverpool Echo" məlumat yayıb. Liqa Kubokunda "Stok Siti" ilə görüşdə qələbə qolunu vuran 20 yaşlı futbolçu oyundan sonra əzələsində ağrılar hiss edib və dünənki məşqə çıxmayıb.

Beləliklə, Ayb bu mövsüm "Liverpul"da əzələsindən zədələnən 7-ci futbolçu olub. Oxşar problem Koutinyo, Lovren, Oriji, Şkrtel, Starric və Rossiterdə də var.

Ümumilikdə isə hazırda "qırmızılar"ın 13 oyunçusu zədəlidi.

"Ekseter Siti" - "Liverpul" oyunu bu gün Bakı vaxtı ilə saat 23:55-də start götürəcək.

Rüstəm


Müəllif: