9 Yanvar 2016 08:17
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Lester Siti"nin baş məşqçisi Klaudio Ranyeri cəzalandırılıb.

Teleqraf.com-un məlumatına görə, buna italiyalı mütəxəssisin avtomobili ilə sürət həddini aşması səbəb olub.

112 km/saat sürət həddi olan yolda 154 km/saatla hərəkət edən Ranyeri polislər tərəfindən saxlanılıb. 64 yaşlı mütəxəssisə 700 min funt məbləğində cərimə kəsilib.

Qeyd edək ki, hadisə ötən il, oktyabrın 13-də baş verib. Ancaq Ranyeri yalnız bu həftə Hüquq-Mühafizə orqanlarının qərarı ilə razılaşıb.


Müəllif: