10 Yanvar 2016 11:26
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının son rəqibi müəyyənləşib.

Teleqraf.com AFFA-ya istinadən xəbər verir ki, yığmamız 7-ci yer uğrunda oyunda Belarusun U-19 komandası ilə üz-üzə gələcək.

Yanvarın 12-də Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.


Müəllif: