12 Yanvar 2016 12:17
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qızıl top"un son qalibi Lionel Messi (Argentina/ "Barselona") və finalçılar Kriştiano Ronaldo (Portuqaliya/ "Real"), Neymarın (Braziliya/ "Barselona") kimlərə səs verdiyi müəyyənləşib.

Qol.Az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, dünyanın ali futbol qurumunun "Qızıl top"la bağlı keçirdiyi sorğuda Argentina millisinin kapitanı qismində səs verən L.Messi "Barselona"dakı komanda yoldaşlarını ən yaxşılar arasında görüb. O, müvafiq olaraq Luis Suares, Neymar, Andres İnyestanı ilk "üçlük"də görüb.

K.Ronaldo və Neymar da Messi kimi klublardakı komanda yoldaşlarına səs verib. Ronaldo Kərim Benzemanı birinci, Xames Rodriqesi ikinci, Qaret Beyli üçüncü yerə layiq bilib.

Neymar isə səslərini müvafiq ardıcıllıqla Messi, Luis Suares və İvan Rakitiçə verib.


Müəllif: