8 İyun 2014 11:23
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

FİFA nümayəndələri: Braziliya çempionatı qəbul etməyə hazır deyil

FİFA-nın bir neçə nümayəndəsi anonim şəkildə bəyan ediblər ki, Braziliya futbol üzrə dünya çempionatını qəbul etməyə hazır deyil. Musavat.com xəbər verir ki, bu barədə məlumatı Estadao nəşri yayıb.

“Bizim indi gördüklərimiz yolverilməzdir. Hətta, minimal təhlükəsizlik təminatını da təsəvvür edə bilmərik. Bu, çox pisdir. Biz şübhələnirdik ki, heç də hər şey ideal olmayacaq. Lakin belə problemlərin olacağını ağlımıza gətirmirdik”, - FİFA nümayəndələri deyiblər.

“Biz çempionatı bütün planetə necə göstərəcəyik ki, bir sıra stadionlar test sınağından keçirilməyib. Bədbəxt hadisə baş versə, bunun məsuliyyətini kim daşıyacaq?”, - onlar əlavə ediblər.

FİFA nümayəndələri hesab edirlər ki, tətillər böyük problem yarada bilər. Məsələn, ötən gün San-Pauluca metro işçiləri tətil ediblər və nəqliyyat kollapsı yaranıb. Metro hər gün 4,5 milyona yaxın sərnişin daşıyır./musavat/


Müəllif: