13 Yanvar 2016 08:35
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Liverpul" daha bir futbolçu ilə güclənib.

Teleqraf.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ingilis klubu "Kvins Park Reyncers"in müdafiəçisi Stiven Kokeri heyətinə cəlb edib.

Mövsümün əvvəlində "Sauthempton"a icarəyə verilən Koker cəmi 8 oyunda meydana çıxıb. "Sauthempton"un baş məşqçisi Ronald Kumanın bəyənmədiyi futbolçunu "Liverpul" icarəyə götürüb. İngilis futbolçu mövsümün sonuna qədər "Liverpul"un şərəfini qoruyacaq.

Qeyd edək ki, "Liverpul" daha öncə "Srvena Zvezda" klubundan Marko Qrujiçi transfer edib.


Müəllif: