12 Yanvar 2016 20:23
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" hazırlıqları davam etdirir.

Teleqraf.com klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün komanda bir məşqlə kifayətlənib.

90 dəqiqə davam edən səhər məşqində fiziki yüklənmələr üzərində baş tutub və futbolçular meydan boyu qurulmuş maneələri dəf edərək qapıya zərbələr üzərində çalışıblar. Bir neçə təkrarla baş tutan təmrinlərlə səhər məşqi başa çatıb.

Qeyd edək ki, səhər məşqində Reynaldo və Rəşad Sadıqov iştirak etməyib.


Müəllif: