13 Yanvar 2016 16:10
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qəbələ"nin əsas komandasının qapıçılar üzrə məşqçisi Andrey Qluşenko komandadan ayrılıb.

Teleqraf.com klubun saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssis ailə vəziyyətinə görə vətəninə geri dönüb. A.Qluşenkonu "Qəbələ"nin əvəzedicilər üzrə komandasının qapıçı məşqçisi Vüqar Məmmədov əvəz edib.

Xatırladaq ki, V.Məmmədov daha öncə də əsas komandada fəaliyyət göstərmişdi. O, Toni Adams, Ramiz Məmmədov və Fatih Kavlakın məşqçilər korpusunda yer almışdı.


Müəllif: