13 Yanvar 2016 20:17
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Premyer Liqasının 21-ci turunda "Nyukasl"la keçirilən oyun "Mançester Yunayted"in hücumçusu Ueyn Runi üçün əlamətdar olub.

Səfər matçında dubl edən 30 yaşlı futbolçu "Mançester Yunayted"in heyətində 175-ci qolunu vurub.

Bununla da, Runi Premyer Liqada bir klubun heyətində 175 qol vuran "Arsenal"ın canlı əfsanəsi Tyeri Anriyə çatıb.

Qeyd edək ki, Runi görüşün 9-cu dəqiqəsində penaltidən fərqlənib. Bu, onun 11 metrlik cərimə zərbəsindən vurduğu 19-cu qol olub. İngiltərə millisinin üzvü bu göstəricidə "Mançester Yunayted"in sabiq futbolçusu Rud van Nistelroyu qabaqlayıb.


Müəllif: