14 Yanvar 2016 09:39
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün təlim-məşq toplanışını ölkə daxilində keçirən klubların iştirak etdiyi "CBC Sport Kuboku" start götürəcək.

"Report"un məlumatına görə, turnirdə 5 komanda dairəvi sistemlə mübarizə aparacaq.

AFFA Hakimlər Komitəsinin təyin etdiyi hakimlər tərəfindən idarə olunacaq matçlar "Bayıl Arena"da keçiriləcək. Açılış oyununda "Neftçi" və AZAL komandaları qarşılaşacaq. Daha 3 komanda isə I divizion təmsilçilərindən "Neftçala", MOİK və "Şərurspor" olacaq. Turnirə yanvarın 25-də yekun vurulacaq.

CBC Sport Kuboku

14 yanvar

13:00. AZAL - "Neftçi"

"Bayıl Arena"


Müəllif: