8 İyun 2014 18:09
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kamerun millisi dünya çempionatının başlamasına dörd gün qalmasına baxmayaraq, hələ də yarışın keçiriləcəyi Braziliyaya getməyi qətiləşdirməyib.

Buna millinin üzvləri ilə yerli federasiya arasında DÇ-2014-də qazanılacaq uğurlara görə veriləcək mükafatın məbləği məsələsində fikir ayrılığının qalmasıdır.

Bildirilir ki, futbolçular mükafat məsələ tam həllini tapmayana qədər Kamerunun paytaxtı Yayundadan çıxmaq fikrində deyillər. Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə mundiala getməyəcəkləri ilə bağlı federasiyaya xəbərdarlıq ediblər.

Xatırladaq ki, Afrika təmsilçinin DÇ-2014-də ilk oyunu iyunun 13-də Meksikaya qarşı olacaq./qol.az/


Müəllif: