15 Yanvar 2016 08:36
399
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Roma" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Paytaxt təmsilçisinin baş məşqçi vəzifəsi Lusiano Spalettiyə tapşırılıb.

56 yaşlı mütəxəssis sabiq komandası ilə bu gün rəsmi müqavilə imzalayıb. Lakin müqavilənin müddəti açıqlanmayıb. Spaletti bu vəzifədə dünən istefaya göndərilən Rudi Qarsiyanı əvəzləyib.

Qeyd edək ki, Spaletti 2005-2009-cu illərdə "Roma"nı çalışdırıb.


Müəllif: