8 İyun 2014 21:42
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnsanlar həmişə məndən danışacaq və yazacaq. Buna adət etmişəm”.

Bu sözləri İtaliya millisinin hücumçusu Mario Balotelli deyib.

O, qarşıdan dünya çempionatının gəldiyini xatırladaraq özünü növbəti dəfə meydanda sübut etmək istədiyini söyləyib.

“Mən dünyanın ən yaxşı oyunçularından biri olmaq arzusundayam. Və adətən, əfsanəvi futbolçular dünya çempionatında doğulurlar” – deyə Balotelli İtaliya millisinin dünya çempionu olacağına inandığını ifadə edib.

Onun sözlərinə görə, hazırda İtaliyadan güclü cəmi bir-iki komanda var: “Amma biz istənilən komandanı uda bilərik”./qol.az/


Müəllif: