15 Yanvar 2016 13:57
522

PSJ gələn mövsüm hücum xəttini gücləndirmək üçün "Barselona"nın forvardı Neymarı transfer etməyə çalışacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə "L’Equipe" nəşri məlumat yayıb.

Paris təmsilçisi daha öncə Kriştiano Ronaldonu almağı planlaşdırırdı. Lakin "Real"a transfer qadağası qoyulandan sonra portuqaliyalının Madrid klubundan getmə ehtimalı ağlasığmazdı.

Belə olan halda PSJ bütün diqqətini Braziliya millisinin futbolçusuna yönəldib.

Alternativ variant kimi Robert Levandovski ("Bavariya"), Serxio Aquero ("Mançester Siti"), Marko Roys ("Borussiya", Dortmund) və Eden Azar ("Çelsi") da var.

Bundan əlavə, PSJ futbolçusu Zlatan İbrahimoviçə yeni müqavilə də təklif edə bilər.

Rüstəm


Müəllif: