15 Yanvar 2016 20:13
409

Türkiyədə təlim-məşq toplanışında olan "İnter" növbəti yoxlama matçına çıxıb. Sport7.az xəbər verir ki, bakılılar Almaniyanın "Verder" klubu ilə qarşılaşıb.

Antalyada keçirilən və saat 14:00-da start götürən qarşılaşma "bakirlər"in 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Matçın taleyini həll edən yeganə qola 41-ci dəqiqədə Pizzaro imza atıb.

Xatırladaq ki, Zaur Svanadzenin yetirmələri "Verder"in əvəzedicilərinə də eyni hesabla uduzmuşdu.

Yoxlama oyunu

15 yanvar

"İnter" - "Verder" - 0:1
Qol: Pizarro, 41

"İnter": 1. Kamran Ağayev, 6. Laşa Salukvadze, 14. Zurab Xizanişvili, 5. Denis Silva, 30. Abbas Hüseynov, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 7. Nika Kvekveskiri, 10. Elnur Abdullayev, 8. Nizami Hacıyev, 17. Vüqar Nadirov.

Ehtiyat oyunçular: 79. Georgi Lomaya, 12. Ruslan Əmircanov, 4. Laşa Kasradze, 2. Sertan Taşkın, 39. Elnur Süleymanov, 45. İlkin Sadıqov, 77. Qara Qarayev.

"Verder": 43. Oelşlaqel, 23. Selassi, 25. Hüsinq, 7. Vesterqaard, 37. Sternberq (8. Frits, 9), 51. Kleynheysler, 27. Qrillits, 20. Qarsiya, 35. Eggesteyn, 14. Pizarro, 52. Morris.
Ehtiyat oyunçular: 42. Vidvald, 28. Lorenzen.


Müəllif: