16 Yanvar 2016 17:05
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Səlahət Ağayevin “Sumqayıt”a transfer olunması 21 yaşadək futbolçulardan ibarət milli komandamıza problem yaradacaq”.

Teleqraf.com-un Futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri U-21 millimizin baş məşqçisi Yaşar Vahabzadə deyib.

Son zamanlar U-21-ə dəvət alan hər iki qapıçı - həm Şahruddin Məhəmmədəliyev, həm də Tərlan Əhmədli “Sumqayıt”da forma geyir. Səlahət Ağayevin bu kluba keçidi isə adıçəkiən 2 gənc qapıçının heyətə düşməsinə çətinlik yaradacaq.

Vahabzadənin fikrincə, indiki məqamda gənc qapıçıların Səlahət Ağayevlə rəqabətdən qalib ayrılması inandırıcı deyil:

“Son zamanlar həm Tərlan, həm də Şahruddin “Sumqayıt”ın qapısını qoruyurdu. Normal da çıxış edirdilər. Amma Səlahətin transferi onlar üçün əlavə çətinlikdi. Futbolda hər şey mümkündü. Rəqabət mütləq olmalıdı. Lakin aydın məsələdir ki, bundan sonra “Sumqayıt”ın “1 nömrə”si Səlahət olacaq”.


Müəllif: