17 Yanvar 2016 19:43
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliya millisinin üzvü Huqo Almeydanın yeni klubu bəlli olub.

Qol.Az-ın məlumatına görə, 31 yaşlı hücumçu “Hannover”lə müqavilə imzalayıb.

Klubun rəsmi saytı Almeydanın 22 nömrəli formada çıxış edəcəyini yazıb. Lakin müqavilə müddəti və şərtləri barədə məlumat verilməyib.

Qeyd edək ki, bir vaxtlar “Beşiktaş”ın şərəfini qoruyan hücumçu son olaraq Mahaçkala "Anji”sində çıxış edib.


Müəllif: