17 Yanvar 2016 21:27
401

Əfsanəvi alman futbolçu Lotar Matteus Qazaxıstan millisinin baş məşqçisi təyin edilə bilər.

Bununla bağlı tərəflər arasında danışıqlar aparılır. Matteus millinin boş qalmış baş məşqçi vəzifəsinə əsas namizədlərdən sayılır.

Xatırladaq ki, bundan əvvəl milliyə Yuri Krasnojan rəhbərlik edib. 2015-ci ilin sonunda onun Qazaxıstan Futbol Federasiyası ilə müqaviləsi başa çatıb.

Matteusun isə sonuncu iş yeri Bolqarıstan millisi olub. O, 2011-ci ildə tutduğu vəzifədən uzaqlaşdırılıb.(qol.az)


Müəllif: