18 Yanvar 2016 13:01
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın futbolçusu Lionel Messinin İspaniya La Liqasında "Atletik"ə (6:0) qarşı matçda birinci hissə başa çatandan sonra əvəzlənməsinin səbəbi müəyyənləşib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu ölkə kubokunda oyun öncəsi laziminca istirahət etməsi üçün baş məşqçi Luis Enrike onu Arda Turanla əvəzləyib.

Bəzi Kataloniya qəzetləri isə Messinin yüngül zədələndiyini və buna görə də oyundan çıxarıldığını yazıb.

Qeyd edək ki, L.Messi əvəzləndikdən sonra ehtiyat oyunçular skamyasında oturmayıb. Onun bu hərəkəti müzakirələrə səbəb olub. O da bildirilib ki, ötən mövsüm "Levante" ilə matçdan indiyə kimi L.Enrike ilə L.Messi arasında heç bir problem yaşanmayıb.


Müəllif: