20 Aprel 2014 20:49
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real"ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının yarımfinalında baş tutacaq "Bavariya" ilə ilk matçda böyük ehtimalla iştirak edəcək.

Teleqraf.com-un xəbərinə görə, bir müddətdir zədə səbəbindən yaşıl meydanlardan uzaq qalan portuqaliyalı hücumçu komanda ilə məşqlərə başlayıb. Onun Münhen təmsilçisiylə görüşə qədər tam hazır olacağı gözlənilir.

Qeyd edək ki, "Real" - "Bavariya" qarşılaşması aprelin 23-ü, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xatırladaq ki, Ronaldo ÇL-in 1/4 finalında "Borussiya" ilə ilk oyunda zədələnmişdi.


Müəllif: