18 Yanvar 2016 19:05
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın hücumçusu Lionel Messinin "Atletik"lə oyunun (6:0) fasiləsində əvəzlənməsi və komandanın bugünkü məşqində iştirak etməməsi, onun zədələnməsiylə bağlı şübhələr oyatmışdı.

Komanda.az xəbər verir ki, yerli mətbuatda hətta 28 yaşlı hücumçunun bir neçə həftəlik sıradan çıxdığı barədə iddialar səsləndirilmişdi. Bu gün komandanın məşqində iştirak etməyən Messi tibbi müayinədən keçib. İlkin müayinədən sonra Leonun ciddi zədəsi olmadığı aydınlaşıb. Bu barədə məlumat klubun rəsmi saytında verilib.

Ancaq Messinin yanvarın 20-də, "Atletik"lə kubok oyununda meydana çıxıb-çıxmayacağı bəlli deyil.


Müəllif: