20 Yanvar 2016 18:47
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo gələcək karyerası haqda açıqlama verib.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçu qarşıdakı illərdə Amerika MLS liqasında oynaya biləcəyini deyib:

"MLS liqasında baş verənlər fantastikadır. Gələcəkdə nələr olacağını bilmək olmur. Bəlkə də, gələcəkdə mənim Amerikada oynamağım üçün yaxşı şansım yarandı. Niyə də olmasın? Bir sıra futbolçular ABŞ-a üz tuturlar. MLS liqası günü-gündən inkişaf edir. Ümid edirəm ki, bir gün mən də orada oynayacam".


Müəllif: