24 Yanvar 2016 15:27
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” bu gün son yoxlama oyununu keçirəcək.

Yanvarın 10-dan Antalyada təlim-məşq toplanışında olan “qırmızı-qaralar” 3-cü sınağında Ukraynanın “Dnepr” klubu ilə qarşılaşacaq.

Ukraynanın 3 ən titullu klubundan biri olan “Dnepr” Miron Markeviçin baş məşqçiliyi altında qış fasiləsinə 4-cü pillədə yollanıb. Ötən mövsüm ölkə çempionatında 3-cü olan Dnepropetrovsk klubu UEFA Avropa Liqasının finalınadək irəliləyib.

Qonşu ölkədə Almaniyanın “Osnabryuk” (1:1) və İsveçrənin “Sürix” (4:0) klubları ilə qarşılaşan Roman Qriqorçukun komandası bu gün baş tutacaq son matçı ilə hazırlıqları tamamlayacaq.

24 yanvar

Yoxlama oyunu

19:00. “Qəbələ” – “Dnepr” (Ukrayna)
Antalya. “Gloria Sport Arena”

Qol.az


Müəllif: