25 Yanvar 2016 08:15
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yanvarın 24-də “Antalya Cup”" turnirində ikinci oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanının U-20 yığması ilə qarşılaşan millimiz qələbə qazanıb – 3:0.

Oyunda hesabı 8-ci dəqiqədə penalti zərbəsindən fərqlənməklə Namiq Ələsgərov açıb. On dəqiqə sonra 11 metrlik cərimə zərbəsini Elnur Cəfərov dəqiq yerinə yetirməklə komandamızın üstünlüyünü 2 topa çatdırıb. 77-ci dəqiqədə Namiq Ələsgərov oyunun yekun hesabını müəyyənləşdirən qolu vurub.

Komandamız ilk oyununda Ukraynanın U-21 millisi ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. Yığmamız turnirdə növbəti oyununu yanvarın 26-da Albaniyanın U-21 komandasına qarşı keçirəcək.


Müəllif: