26 Yanvar 2016 08:51
570

"Barselona"nın yarımmüdafiəçisi Arda Turan komandanın bu gün təşkil olunan məşqindən kənarda qalıb.

Futbolçu yüksək hərarət səbəbi ilə məşqdə iştirak etməyib. Bundan başqa Serxio Buskets də soyuqdəymə səbəbi ilə komandasının məşqinə qatılmayıb. Adıçəkilən futbolçuların İspaniya Kuboku çərçivəsində "Atletik"lə keçirəcəkləri oyunda iştirak etməyəcəyi gözlənilir.

Qeyd edək ki, sözügedən qarşılaşma yanvarın 27-də keçiriləcək.


Müəllif: