26 Yanvar 2016 18:47
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sumqayıt" klubu müdafiəçi Rasim Ramaldanovla 6 aylıq müqavilə imzalayıb.

Bu barədə "Report"a klubun baş meneceri Ceyhun Sultanov məlumat verib.

Onun sözlərinə görə, 30 yaşlı müdafiəçi mövsüm sonunadək özünü yaxşı tərəfdən göstərsə, müddət artırıla bilər. C.Sultanov bununla da "Sumqayıt"ın qış transferlərini yekunlaşdırdığını deyib.

Qeyd edək ki, Rasim Ramaldanov 2008-2013-cü illərdə "Simurq"da, 2013-2015-ci illərdə "Xəzər Lənkəran"da çıxış edib. 30 yaşlı müdafiəçi milli komandada 17 oyun keçirib.


Müəllif: