27 Yanvar 2016 08:51
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın baş məşqçisi Luis Enrike səhhətindəki problem səbəbindən komandanın son məşqindən kənarda qalan futbolçuları haqda danışıb.

İspaniyalı mütəxəssis Arda Turan, Serxio Buskets və Andres İniyestanın "Atletik"lə (Bilbao) keçiriləcək kubok matçında meydana çıxıb-çıxmayacağına sabah aydınlıq gələcəyini bildirib:

"Arda, Buskets və İniyestanın yüksək hərarəti var. Bu səbəbdən onlar məşqə çıxmadı. Lakin bu futbolçuların "Atletik"lə oyunda meydana çıxıb-çıxmayacaqları hələlik məlum deyil. Bu barədə sabah qərar veriləcək".

Qeyd edək ki, sabah keçiriləcək "Barselona" - "Atletik" oyunu Bakı vaxtı ilə saat gecə saat 00:30-da başlayacaq.


Müəllif: