27 Yanvar 2016 11:55
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Monako"nun futbolçusu Stefan El-Şaaravinin "Roma"ya keçidi rəsmiləşib.

Qol.Az-ın İtaliya klubunun saytına istinadən yaydığı xəbərə görə, 23 yaşlı oyunçu mövsümün sonuna kimi icarə əsasında A seriyası təmsilçisində çıxış edəcək. "Roma" "Monako"ya icarə haqqı olaraq 1.4 milyon avro ödəyib.

O,yeni klubunda 22 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, "Roma" mövsümün sonu 13 milyon avro ödəyərək El-Şaaravini birdəfəlik ala bilər.


Müəllif: