Futbolun canlı əfsanəsi, argentinalı Dieqo Maradona "DÇ-2022"yə ev sahibliyi ilə bağlı yaranmış rüşvət qalmaqalına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Maradona mətbuata açıqlamasında FİFA rəsmilərinə qarşı sərt çıxış edib. O, bu qalmaqalda onların günahkar olduğunu bildirib:
"FİFA günahkardır. Bu işdə əli olan insanlar məsuliyyətə cəlb olunmalıdır. Futbolda belə hallara yol vermək olmaz”.
Aygün İlqarqızı