"Roma"nın sabiq futbolçusu Eşli Koulun yeni klubu müəyyənləşib.
35 yaşlı müdafiəçi "Los Anceles Qalaksi"yə transfer olunub.
Məlumatı ABŞ klubunun saytı təsdiqləyib.
Qeyd edək ki, E.Koul futbolçu karyerası ərzində "Arsenal", "Kristal Palas", "Çelsi", "Roma" klublarında çıxış edib.