28 Yanvar 2016 16:13
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “Antalya Cup” turnirində sonuncu oyununu keçirib.

Trend-in məlumatına görə, Bəhreynin U-20 millisi ilə qarşılaşan komandamız 4:0 hesabı ilə qələbə qazanıb.

Millimiz bu qələbə ilə turnirin qalibi olub.

Qeyd edək ki, komandamız bundan əvvəl Ukraynanın U-21 komandasını 2:1, Səudiyyə Ərəbistanının U-20 yığmasını 3:0, Albaniyanın U-21 komandasını isə 4:0 hesabı ilə məğlub edib.


Müəllif: